Santexnika xidməti və təmir
Evinizdə su sızması, boru tıxanması, zəif təzyiq və ya digər santexnika problemləri yaranıb? myservis peşəkar ustaları ilə bu nasazlıqları qısa zamanda müəyyən edir və etibarlı həll təqdim edir.
Təcrübəli ustalarımız su xətləri və kanalizasiya sistemlərində yaranan problemləri dəqiq diaqnostika edərək operativ şəkildə aradan qaldırır. Görülən bütün işlər keyfiyyət və uzunmüddətli nəticə prinsipi ilə icra olunur.
Xidmətlərimizə boruların təmiri və dəyişdirilməsi, su sızmalarının aradan qaldırılması, kanalizasiya xətlərinin açılması, sanitar avadanlıqların quraşdırılması və ümumi texniki xidmət daxildir. Bununla yanaşı, radiator sistemlərinin çəkilməsi, isti döşəmə (isti pol) sistemlərinin quraşdırılması, otaq termostatlarının quraşdırılması, kombilərin yenisi ilə əvəzlənməsi və digər santexnika işləri də həyata keçirilir.
Vaxtında santexnika xidməti daha ciddi problemlərin qarşısını alır və sistemin sabit işləməsini təmin edir. myservis ilə siz sürətli servis, peşəkar ustalar və etibarlı nəticə əldə edirsiniz.






